Bektaşi Ordeni Suveren Dövləti
Bektaşi Ordeni Suveren Dövləti ― Albaniyada yaradılması planlaşdırılan cırtdan dövlət və şəhər-dövlət. Bektaşi Ordeni Suveren Dövlətinin Albaniyanın paytaxtı Tirananın içində anklav olması və bektaşilərin hal-hazırkı, bütün dünya üzrə qərargahında yerləşməsi planlaşdırılır.
== Tarixi ==
Bektaşi ordeni XIII əsrdə Osmanlı imperiyasında yaradılan sufi mistik təriqətdir. Bektaşi təriqəti Mərkəzi Anadolunun əslən Azərbaycan və İrandan olan türk köçəri tayfaları arasında inkişaf etmişdir. Bektaşilər həm sünnilər, həm şiələr tərəfindən bidətçi qəbul edilir. Mustafa Kamal Atatürk 1925-ci ildə bu təşkilatın lojalarını bağlamışdır. Beləliklə, təşkilat Türkiyədən Albaniyanın paytaxtı Tiranaya köçmüşdür.
Albaniyada kommunizm dövründə təşkilat qadağan edilmişdir. Kommunizm dövründə təşkilatın mülklərində anbarlar tikilmiş, rejimin süqutundan sonra da bektaşilərin torpaqlarının kənarlarında mülki evlər tikilmişdir.
2024-cü ildə Albaniyanın baş naziri Edi Rama, dini tolerantlıq nümunəsi olaraq, Albaniyada və dünyanın qalan hissəsində İslama daha müsbət baxışları təbliğ etmək üçün Bektaşi Ordeninin Suveren Dövlətini yaratmağı planlaşdırdığını elan etmişdir.